banner
banner

Gündəm

Qorbaçovun Əliyev qorxusu

Qorbaçovun Əliyev qorxusu

1987-ci ildə Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyasının (Sov İKP) Mərkəzi Komitəsinin (MK) Siyasi Büro üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefaya getməyə məcbur edildi. 
Elə bununla da Azərbaycanın qara günləri başladı. Bir neçə ay keçmədi ki, 1988-ci ilin fevral ayında Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları başladı və qanlı Qarabağ müharibəsinin əsası qoyuldu. Əksər politoloqlar Heydər Əliyevin sovet rəhbərliyindən uzaqlaşdırılmasını Sov İKP MK-nın baş katibi Mixail Qorbaçovun ondan qorxması ilə izah edirlər. 

ANS PRESS-in əməkdaşı vaxtilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) 9-cu idarəsinin rəis müavini işləmiş general-mayor Mixail Vladimiroviç Titkovla görüşüb və bu məsələyə aydınlıq gətirmək istəyib. General-mayor Mixail Titkov 1969-cu ildən 1991-ci ilə kimi Sov İKP MK-nın Siyasi Büro üzvlərinin təhlükəsizliyini təmin edilməsinə rəhbərlik edib. 

- Heydər Əliyevlə nə vaxtdan tanış idiniz? 

- Lap yaxından olmasa da ilk dəfə 1978-ci ildə tanış olduq. Mən onda hələ general deyildim, sıravi əməkdaş idim. Fələstin Azadlıq Təşkilatının lideri Yasir Ərəfatla Bakıya gəlmişdim. O, Moskvaya səfərə gəlmişdi. Mən onun mühafizəsinə rəhbərlik edirdim. Mayın 1-də isə Qızıl meydandakı paraddan buraya gəldik. İlk tanışlığım onda oldu. 

1982-ci ildə Heydər Əliyev Moskvaya köçəndən sonra onunla tez-tez ünsiyyətdə olurduq. Biz onunla xarici səfərlərə getmişik. Onunla Vyetnamda, Meksikada səfərdə olmuşuq. Biz peşəkarlara onunla işləmək bir tərəfdən asan idi, digər tərəfdən isə çətin. Niyə çətin idi? Bir vaxtlar o, Azərbaycanda DTK sədri Yeqor Kuzmiç Tsvıqunun müavini işləmişdi. Birinci müavin kimi o, əks kəşfiyyatla, iri tədbirlərin - nümayişlərin, fəxri qonaqların qarşılanmasının təşkili və s. ilə məşğul olub. Buna görə də bizim 9-cu idarənin işini başqa Siyasi Büro üzvlərindən fərqli olaraq əyani bilirdi, çünki özü də bununla məşğul olmuşdu. Ona görə də xaricə səfərlər zamanı bizim işi müşahidə edəndə vəziyyəti çox dəqiq görürdü. Buna görə də onunla işləmək çətin idi.

Amma, ümumiyyətlə, onunla işləmək asan idi. Çünki hər hansı bir fövqəladə vəziyyət yarananda nə etmək lazım olduğunu yaxşı bilirdi. Məsələn, deyirdik, Heydər Əliyeviç, burdan keçək, bu blokdan girək və burdan çıxaq, vəziyyətə uyğun maşını dəyişək və s. O, bütün bunları çox rahat anlayırdı. 

- Deyirlər, Heydər Əliyevin qeyri-standart iş qrafiki olub, tez gəlib, gec gedib. Bu sizə çətinlik yaratmırdı? 

- Stalinin vaxtında gecələr işləyirdilər. Səhər saat 5-dən tez heç kim evə gedə bilməzdi. Aleksey Mixayloviç Kosıgin səhər saat 9-da işə gəlirdi, axşam saat 8-dən tez evə getməzdi. Heydər Əliyevin iş qrafiki isə daha mürəkkəb idi, səhər saat 9-dan tez işə gəlirdi, gecə saat 10-dan, 11-dən tez evə getməzdi. 

- O vaxt SSRİ-nin rəhbəri olmuş Mixail Qorbaçovun Heydər Əliyevdən çəkindiyini deyirlər. Bu nə ilə bağlı idi? 

- Heydər Əliyevin dövlət idarəçiliyi üzrə fəaliyyəti Qorbaçovunku ilə müqayisədə çox geniş idi. Heydər Əliyev böyük bir respublikaya rəhbərlik etmişdi. Qorbaçov isə Stavropol diyarının rəhbəri olmuşdu. Yəni Heydər Əliyevin Siyasi Büro üzvlüyünə və SSRİ Nazirlər Soveti sədrinin birinci müavinliyinə gəldiyi yolun miqyası daha böyük idi. Qorbaçov isə diyar rəhbərliyindən Sov İKP MK-nın kənd təsərrüfatı üzrə katibliyinə gəlmişdi. İstər-istəməz iki siyasətçi görüşəndə bu, özünü göstərirdi. Yəni siyasətçinin biri çox bilirdi, o birisi isə az. Heydər Əliyev unikal yaddaşı ilə seçilirdi. O, rəqəmləri, istiqamətləri və s.-i dəqiq bilirdi. SSRİ Nazirlər Soveti sədri Tixonovun birinci müavini işləyəndə, o, sənaye, maşınqayırma, kənd təsərrüfatı və s. nazirlərlə görüşürdü. O, onlarla peşəkar səviyyədə söhbət edirdi. Qorbaçovun da qatıldığı böyük forumlarda ondan sonra Heydər Əliyev də çıxış edirdir. Mixail Sergeyeviç görürdü ki, o, bir çox məsələlərdə Heydər Əliyevdən az bilir. Bu məktəbdə də belədir, əlaçı şagirdləri sevmirlər. Heydər Əliyevin nüfuzu həm ölkə daxilinə, həm də xaricə səfərlərində hiss edilirdi. Onu xüsusi hörmətlə qarşılayır, alqışlayırdılar. Bunu da Qorbaçova çatdırırdılar. Ona görə də yanında daha populyar və nüfuzlu adamı görmək istəmədi. 

Mixail Sergeyeviç Sov İKP MK-nın katibi vəzifəsinə seçiləndə Stavropol diyarında onunla işləmiş mühafizəçisini özü ilə gətirdi. Amma Sov İKP MK-nın baş katibi seçiləndə həmin mühafizəçidən imtina etdi. Düşündü ki, artıq həmin mühafizəçi ona yaraşmır və dəyişdi. O vaxt SSRİ Nazirlər Soveti sədri işləyən Tixonov bu məsələni eşitdi və əmr verdi ki, onun mühafizəçisini də dəyişsinlər. Heydər Əliyevə də bunu tövsiyyə etdi. Amma Heydər Əliyev öz mühafizəçisi Aleksandr Alekseyeviç İvanovun sadiqliyinə böyük hörmət nümayiş etdirərək bu tövsiyyəni nəzərə almadı. Yəni onun öz mövqeyi vardı və öz fikri uğrunda həmişə mübarizə aparırdı. Hər rəhbərdə bu keyfiyyət olmur. 

- Bəs, Heydər Əliyevi işdən çıxarandan sonra Qorbaçovun qorxusu nə ilə bağlı idi? Çünki Heydər Əliyev işdən çıxan kimi Moskvadan xüsusi komissiya gəlib, Bakıda onun 10 illik fəaliyyətini yoxlamağa başladı. 

- Bilirsiz, bu da insanın xarakterindən asılıdır. Adam var, kimisə işdən çıxarır, sonra rahatlaşır. Adam da var xaraktercə kinlidir. Qorbaçov da kinlidir. Ona görə də komissiya göndərdi. İş təkcə bununla bitmədi. İlham Əliyev onda Xarici İşlər Nazirliyində (XİN) işləyirdi. Onu da XİN-dən çıxartdırmağa nail oldular. Yəni iş təkcə Heydər Əliyevlə bitmədi, oğlunu da çıxardılar. 





Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.