Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələri yanvarın 11-i günorta saatlarında heç bir səbəb olmadan Kəlbəcər istiqamətində təxribat törədib. Düşmənin Azərbaycan ordusunun postuna hücumu nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub. Amma ordumuzun qətiyyətli tədbirləri nəticəsində erməni tərəfinin bu hərbi avantürası tam iflasa uğrayıb və şəhidimizin qanı yerdə qalmayıb.
Cia.az-ın xəbərinə görə, artıq Ermənistan Müdafiə Nazirliyi də dünən törətdikləri təxribat nəticəsində ölən hərbçilərinin sayını açıqlayıb.
Qeyd olunur ki, erməni tərəfi 3 itki verib, daha 5 əsgər isə yaralanıb.
Hərbi mənbələrdən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilirdi ki, ordumuz cavab tədbirləri ilə düşmənin iki postunu darmadağın edib, oradakı silah-sursatları, bir neçə hərbi texnika və hərbi avtomobil məhv edilib. İlkin məlumatlara görə, 5-8 arası erməni hərbçilər məhv edilib, çoxlu sayda yaralı var.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.