Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi Dövlət Bayrağı günü münasibətilə bir neçə tədbir keçirəcək.
İdarənin mətbuat xidmətindən ANS PRESS- verilən xəbərə görə, noyabrın 8-də Musiqili Komediya Teatrında internat məktəbində təhsil alan uşaqlar üçün konsert təşkil olunacaq.
Bundan başqa, noyabrın 9-da səhər saatlarında Dövlət Bayraq Meydanı vətəndaşların üzünə açılacaq. İdarədə “Mən azərbaycanlıyam!” adlı tədbir keçiriləcək. Tədbirdə saat 10:00-da respublikanın bütün güc strukturlarının əməkdaşalrı ilə birlikdə bayrağımız qaldırılacaq.
Daha sorna Bayraq Meydanından Heydər Əliyev Mərkəzinə və geriyə veloyürüş keçiriləcək.
Qeyd edək ki, 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-unu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Həmin gün Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, bu bayram qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.