Türkiyə və Ermənistan xüsusi nümayəndələri Rusiya XİN-də
Bu gün Rusiyanın Moskva şəhərində Türkiyə və Ermənistan xüsusi nümayəndələri arasında görüş keçiriləcək.
Cia.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hər iki ölkənin nümayəndə heyətləri artıq Rusiya Xarici İşlər Nazirliyinin Qəbullar Evinə gəlməyə başlayıb.
Xatırladaq ki, Türkiyə tərəfinin xüsusi nümayəndəsi ölkənin ABŞ-dakı keçmiş səfiri Sərdar Kılıç, Ermənistanın isə parlamentin sədrinin müavini Ruben Rubinyandır.
Dünən Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan qeyd edib ki, bugünkü görüş tanışlıq xarakteri daşıyır.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.