banner
banner

Maraqlı

Sarı ləkənin gizli triggerlərindən biri: Siqaret!

Sarı ləkənin gizli triggerlərindən biri: Siqaret!

 

Siqaretin xərçəngdən tutmuş tənəffüs problemlərinə qədər bir çox xəstəliyin səbəblərindən biri olduğunu bilməyən yoxdur. Amma çoxlarımız bilmirik ki, sarı ləkə xəstəliyin triggerlərindən biridir! Dünyagöz Xəstəxanalar qrupu Torlu Qişa xəstəlikləri (Retina) üzrə şöbə müdiri Op. Dr. Mahmut Öztürk sarı ləkə ilə siqaret çəkmə vərdişi arasındakı əlaqədən danışır.

Gündəlik həyatda iş tempi, hava çirkliliyi və stres kimi bir çox faktor gözlərimizi təhdid edə bilər. Xüsusilə yaşa dolduqca müşahidə olunan sarı ləkə xəstəliyinə siqaret istifadəsi böyük təsir göstərir. Dünyagöz Ataköydən Op. Dr. Mahmut Öztürk bu xəstəliyi və səbəblərini belə izah edir:

“Xalq arasında sarı ləkə kimi tanınan makula degenerasiyası torlu qişada rast gəlinən bir xəstəlikdir. Daha çox yaşlı xəstələrdə rast gəlinir və vaxtında diaqnoz qoyulmazsa və müdaxilə olunmazsa, ciddi görmə itkisinə səbəb ola bilər. Pəhriz, irsi faktorlar və yüksək təzyiq kimi faktorlarla yanaşı, siqaret də bu xəstəliyə səbəb olan ən böyük faktorlardan biridir.
Görmə itkisi, əşyaları qırıq və ya əyri görmə, gözlərin qaralması və rənginin dəyişməsi kimi simptomları olan makula degenerasiyasının qarşısını almaq üçün siqaretdən imtina edilməlidir!”

Op. Dr. Mahmut Öztürk yaşa bağlı olan dəyişikliklərin və irsi faktorların qarşısının alınmasının mümkün olmasını bildirsə də, vərdişlərin dəyişməsinin isə böyük fərq yarada biləcəyini vurğulayır:

“Göz sağlamlığının qorunmasında sağlam qidalanma və siqareti tərgitməyin böyük əhəmiyyəti var. Qidalanma baxımından xolesterolu yüksək olan qidalardan uzaq durmaq, tərəvəz və meyvələrlə zəngin pəhrizdən istifadə etmək xəstəliyin qarşısının alınmasında ciddi fayda verəcək”.

Sarı ləkə xəstəliyinin müalicəsində vitamin əlavəsinin əhəmiyyətinə diqqət çəkən Op. Dr. Mahmut Öztürk bildirir ki, profilaktik müalicədə antioksidant olan A, C, E vitaminləri ilə yanaşı, lutein və sink də istifadə olunur.

Dünyagöz Xəstəxanalar qrupu Torlu Qişa xəstəlikləri (Retina) üzrə şöbə müdiri Op. Dr.Mahmut Öztürk 17-22 yanvar tarixlərində Dünyagöz Bakı xəstəxanasında olacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

İlinizin uğurlu və xoşbəxt keçməsi üçün 1 yanvarda nə etməlisiniz?

Yeni ili bir çoxları yeni, daha xoşbəxt və uğurlu həyatın başlanğıc nöqtəsi hesab edir. Ancaq həyatınızı yaxşılığa doğru tez və asanlıqla dəyişdirmək üçün müəyyən ritualları yerinə yetirməlisiniz. Dərhal rezervasiya edək - bu sehrli deyil, bu rituallar sizi uyğun əhval-ruhiyyəyə salmaq və sizi fəaliyyətə həvəsləndirmək üçün nəzərdə tutulub.

Kosmosdan qəribə siqnallar AŞKAR EDİLDİ

Kosmosun ən uzaq nöqtələrindən yayılan sirli sürətli radio partlayışları (FRB) alimlər üçün intriqa obyekti olmaqda davam edir. Yeni kəşf edilmiş siqnal hətta təcrübəli tədqiqatçıları da çaşdırıb və onları açmaq üçün yeni sirlər buraxıb.

2023-cü ilin ən maraqlı vəhşi təbiət FOTOLARI

2023-cü ilin ən maraqlı vəhşi təbiət fotoları yayımlanıb. Musavat.com xəbər verir ki, bu barədə “Naked-Science” məlumat yayıb. Belə ki, “Nature's Best Photography” (NBP) nüfuzlu beynəlxalq mükafatının münsiflər heyəti 2023-cü ilin nəticələrinə yekun vurub. Siyahıya 11 fotoşəkil daxildir:

2024-cü illə bağlı proqnoz: Ciddi dəyişikliklər... - FOTO

Yeni il artıq yaxınlaşır. Bütün astroloqların proqnozlarına görə, ulduzlar bizə 2024-cü ilin qeyri-müəyyən olacağını vəd edir. Birincisi, sıçrayış ilidir. İkincisi, ilin bütün rəqəmlərini toplasanız, 8-i alırsınız. Hər rəqəmin öz mənası var: doqquz bir dövrün sonunu göstərirsə, səkkiz sınaq və gərginliyi ifadə edir.