banner
banner

Maraqlı

Xəstəxana körpələri səhv saldı: anaya başqasının uşağı verilib

Xəstəxana körpələri səhv saldı: anaya başqasının uşağı verilib

İngiltərədə xəstəxana yeni doğulmuş körpənin səhv anaya verildiyini etiraf edib.

Cia.az xəbər verir ki, “University Hospitals Dorset NHS Foundation Trust” 2023-cü ilin sentyabrında körpənin yanlış anaya verildiyi hadisəsini araşdırdığını təsdiqləyib.

Meyzi Bet adlı ana İzabel adlı körpəni dünyaya gətirdikdən sonra onun fototerapiyaya ehtiyacı olduğu üzə çıxıb. Körpə otağa yerləşdirilib. Daha sonra həkim körpələri səhv salıb.

Məlumata görə, həkim 22 yaşlı Betin digər uşağın anasına oxşadığını və bu səbəbdən onları çaşdırdığını etiraf edib.

Xəstəxananın saytında yerləşdirilən açıqlamada deyilir: “2023-cü ilin sentyabrında doğum şöbəmizdə körpənin səhv anaya verilməsi ilə bağlı hadisəni araşdırırıq. Yaranan hər hansı narahatlığa görə dərin təəssüf hissi keçiririk və zərər çəkmiş ailələrə tam dəstək verməyə hazırıq”.

publika.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Turistlərin tapması üçün bu ərazidə 40 min manatlıq qızıl gizlətdilər

Finlandiyada turistləri bölgəyə cəlb etmək üçün qeyri-adi layihəyə start verilib. Ölkənin şimalındakı Laplandiya bölgəsində yerləşən Levi kurortunun ərazisində dəyəri təxminən 23 min dollar (təxminən 1 milyon 57 min manat) olan qızıl külçə gizlədilib. Onu tapan şəxs qızılın sahibi olacaq.

Pendir əhvalı yaxşılaşdırır

Pendir təkcə qida dəyərinə görə deyil, əhvala müsbət təsiri ilə də faydalı məhsul hesab olunur. Cia.az xəbər verir ki, dietoloqlar pendirin tərkibindəki zülalın orqanizm tərəfindən yaxşı mənimsənildiyini bildiriblər