TƏCİLİ! Ciddi təhlükə yaxınlaşır: 14 gün ərzində... - XƏBƏRDARLIQ
NASA-nın yaydığı son görüntülər Günəşin üzərindəki böyük ləkələri ortaya çıxarır. Video on ildən artıqdır ki, Günəşi izləyən NASA Solar Dynamics Observatory tərəfindən çəkilib.
Bəs bu görüntü nəyin göstəricisidir?
Sozcu.info xəbər verir ki, alimlərin fikrincə, bu, böyük Günəş partlayışlarının xəbərçisi ola bilər.
Günəş ləkələrindən ibarət “arxipelaqlar” Yerdən 15 dəfə böyükdür və bu qaranlıq ləkələrin yaranması “Günəş maksimumu”nun sürətlə yaxınlaşdığını göstərir.
Alimlər xəbərdarlıq edirlər ki, bu ləkələr Yerə doğru şiddətli enerji dalğaları yaradaraq geomaqnit qasırğalarına səbəb ola bilər.
Günəşin maqnit qütbləri hər 11 ildən bir yerlərini dəyişir və buna Günəş dövrü deyilir. Cari dövr 2019-cu ildə başlayıb və müddətin təxminən 2030-cu ilə qədər davam edəcəyi gözlənilir. Günəşdəki partlayış və ləkələrin minimum səviyyəyə endiyi dövrlərə “günəş minimumu”, ləkələrin artdığı və partlayışların tez-tez baş verdiyi dövrlərə isə “günəş maksimumu” deyilir.
Bu hadisələr nəticəsində kosmosa atılan yüksək enerjili hissəciklər saniyədə yüzlərlə kilometr sürətlə hərəkət edərək Yerin maqnit sahəsinə dəyir. Güclü günəş alovlarının buraxılması qlobal rabitəni pozmaq, peykləri zədələmək, elektrik şəbəkələrində nasazlıqlara səbəb olmaq və hətta uçuşlara təsir edən radiasiya fırtınaları kimi ciddi risklər yaradır.
Məlumata görə, yaxın günlərdə Günəş alovları Yerə doğru istiqamət ala bilər. Bu isə planet miqyasında problemlərə və uzunmüddətli radiasiya fırtınalarına səbəb ola bilər. Meteoroloq Kris Vikland deyir ki, indiki Günəş tsikli zamanı müşahidə olunan ləkələr "onun indiyə qədər gördüyü ən böyük Günəş ləkələridir".
İki əsrdən çox əvvəl azərbaycanlı diplomat Avropanın ən nüfuzlu gizli təşkilatlarından birinə qəbul edilib. Musavat.com xəbər verir ki, bu barədə "Milli Kimlik" tarixi mənbələrə istinadla məlumat yayıb.
Avropa sakinləri son onilliklərin ən möhtəşəm astronomik hadisələrindən birinə hazırlaşırlar. Artıq bu ilin yayında - 12 avqust 2026-cı il tarixində son 27 ildə ilk dəfə tam günəş tutulmasını izləmək mümkün olacaq.
Finlandiyada turistləri bölgəyə cəlb etmək üçün qeyri-adi layihəyə start verilib. Ölkənin şimalındakı Laplandiya bölgəsində yerləşən Levi kurortunun ərazisində dəyəri təxminən 23 min dollar (təxminən 1 milyon 57 min manat) olan qızıl külçə gizlədilib. Onu tapan şəxs qızılın sahibi olacaq.
İyun ayı ulduzların bizə qarşı xüsusilə comərd olduğu bir dövrdür. Astrolojik proqnozlara görə, bu ay elə günlər var ki, uğur sanki öz ayağı ilə gəlir. Həyatınızda yenilik etmək və ya yeni layihəyə başlamaq istəyirsinizsə, mütləq bu tarixləri seçməlisiniz.
Pendir təkcə qida dəyərinə görə deyil, əhvala müsbət təsiri ilə də faydalı məhsul hesab olunur.
Cia.az xəbər verir ki, dietoloqlar pendirin tərkibindəki zülalın orqanizm tərəfindən yaxşı mənimsənildiyini bildiriblər