banner
banner

Dünya

Arvadı Şumaxerin şəxsi təyyarəsini və evini satdı

Arvadı Şumaxerin şəxsi təyyarəsini və evini satdı

“Formula-1” yarışlarının yeddiqat dünya çempionu Mixail Şumaxerin həyat yoldaşı Korinna Şumaxer idmançının varidatının bir hissəsini satıb.

Bu barədə Almaniyanın “Bunte” dərgisi məlumat yayıb. Korinna Şumaxer ərinin şəxsi təyyarəsini və Norveçdəki evini satıb.

Təyyarənin qiyməti 25 milyon funt-sterlinq dəyərində qiymətləndirilir. Xanım Şumaxer bu qərarını artıq idmançının bu mülklərə ehtiyacının olmadığı ilə izah edib.

Qeyd edək ki, dünya şöhrətli Mixail Şumaxer hazırda İsveçrədəki evində reabilitasiya kursu keçir. O, 2013-cü ildə dağda xizək sürərkən başında ağır travma almışdı.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.