banner
banner

Gündəm

Bəxtiyar Məmmədov: “Rəşad Məmmədovun qohumları residivistdir”

Bəxtiyar Məmmədov:

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədov vəzifəsindən azad edildikdən sonra onunla bağlı mediada, demək olar ki, hər gün yeni məlumatlar yayılır.

Bu gün daha bir şəxs - Dövlət Bayrağı Meydanı ətrafında gedən söküntü-tikinti və abadlaşdırma zamanı mülkləri sökülən vətəndaşların, eləcə də Hərbi Dəniz Qüvvələrinin yüksək rütbəli zabitlərinin hüquqlarını qoruyan “İnamla hüquq” MMC-nin direktoru, hüquq müdafiəçisi Bəxtiyar Məmmədov strateq.az-a Rəşad Məmmədovun qohumluq əlaqələri barədə olduqca maraqlı informasiyalar verib.

Bəxtiyar Məmmədov adıçəkilən sayta açıqlamasında deyib ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədov erməni əsilli olduğunu çoxdan bilirmiş: “Onun ögey qardaşı Elşən Qırxlarov isə dəfələrlə törətdiyi cinayət əməllərinə görə, Cinayət Məcəlləsinin çoxsaylı maddələriylə həbs olunub. Hazırda da Cinayət Məcəlləsinin 177, 180-ci maddələriylə ittiham edilərək, “təhlükəli residivist” kimi, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 8 saylı xüsusi rejimli Cəzaçəkmə Müəssisəsində saxlanılır.

O da mənə məlum idi ki, Rəşad Məmmədovun ögey bacısı Ədliyyə Nazirliyinin Pentensiar Xidmət Baş İdarəsinin keçmiş rəisi, ədliyyə general-leytenantı Nazim Ələkbərovun həyat yoldaşıdır. Belə olduğu halda, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi Rəşad Məmmədov necə olub ki, bu yaxınlara qədər tutduğu vəzifədə qalıb?!

Yaxud da qaynı, yəni Elşən Qırxlarov təhlükəli residivist olduğu halda, Nazim Ələkbərov hansı tərcümeyi-halla ədliyyə general-leytenantı rütbəsinədək yüksələ bilib?!

Belə çıxır ki, həmin şəxslərin kimliyi, qohumluq əlaqələri və başqa hallar yoxlanılmadan vəzifələrə təyin olunublar?”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.