banner
banner

Dünya

Ərdoğan Putinlə Zelenskini Türkiyəyə dəvət etdi

Ərdoğan Putinlə Zelenskini Türkiyəyə dəvət etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna Prezidentləri Vladimir Putinlə Vladimir Zelenskini Türkiyəyə dəvət edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın açıqlayıb.

 

Onun sözlərinə görə, hər iki ölkə liderinin Türkiyəyə dəvət olunmasında məqsəd aralarındakı problemləri və fikir ayrılıqlarını həll etmək üçün görüşün keçirilməsidir.

“Türkiyə Rusiya və Ukrayna arasındakı gərginliyi azaltmaq üçün oynaya biləcəyi hər cür rolu oynamağa hazırdır. Bunu həm Rusiya və Ukraynanın dostu, həm də NATO müttəfiqi olaraq edirik”, - deyə Kalın qeyd edib.

İ.Kalın, həmçinin bildirib ki, Ərdoğan bir neçə həftədən sonra Ukraynaya rəsmi səfərə yollanacaq, Zelenski ilə danışıqlar aparacaq.

“Rusiya ilə də yaxın təmasda olacağıq”, - deyə Kalın əlavə edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.