banner
banner

Sağlamlıq

Bİll Qeytsdən bədbin PROQNOZ: “Koronavirusdan daha dəhşətli virus gəlir“

Bİll Qeytsdən bədbin PROQNOZ: “Koronavirusdan daha dəhşətli virus gəlir“

Gələcəkdə dünya koronavirus pandemiyasından daha yüksək ölüm və ya ağır xəstəliyə səbəb olan patogenlə üzləşə bilər.

Cia.az xəbər verir ki, bu barədə “Microsoft”un qurucusu Bill Qeyts proqnozlaşdırıb.

O, koviddən daha dəhşətli virusların təhlükəsinin qaldığını bildirib. O, hökumətləri növbəti epidemiyalarla mübarizə üçün milyardlar ayırmağa çağırıb.

Qeytsin sözlərinə görə, hazırda peyvəndlərə qeyri-bərabər çıxış probleminin həlli üçün məsuliyyət zəngin ölkələrin xeyriyyəçilərinin və hökumətlərinin üzərinə düşür.

İş adamı vurğulayıb ki, növbəti pandemiyaya hazırlaşmaq üçün innovasiyaların inkişafı digər qlobal sağlamlıq problemlərinin həlli üçün faydalı ola bilər. Bununla əlaqəli o, İİV infeksiyasına qarşı peyvəndin və vərəm və malyariyaya qarşı daha təsirli dərmanların yaradılmasından danışıb. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.