Ramiz Mehdiyevin istefasını qəbul etmədiyi institut
“AMEA prezidenti Ramiz Mehdiyevin 19 yanvar 2022-ci ildə Rəyasət Heyətinin iclasında Tarix İnstitutunun rəhbəri kimi mənim haqqımda, o cümlədən institut haqqında söylədiyi əsassız və qeyri-obyektiv fikirləri barədə açıqlamam geniş ictimai əks-səda yaratdı. Müzakirələr zamanı bu açıqlama ətrafında həm müsbət, həm də tənqidi qeydlərini bildirən hər kəsə təşəkkür edirəm”.
Cia.az xəbər verir ki, bunu AMEA-nın Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov bildirib.
K.Şükürov qeyd edib ki, 21 yanvarda bir tərəfdən Akademiya prezidentinin qeyri-adekvat fikirlərinə etiraz olaraq, digər tərəfdən isə demokratik ənənələri əsas götürərək, nəinki tutduğu vəzifədən, o cümlədən AMEA sistemindəki digər elmi fəaliyyətindən istefa haqqında ərizəsini şəxsən təqdim edib:
“Mediadan bildim ki, istefa ərizəm qəbul edilməyib. Bu çarəsiz qərar AMEA prezidentinin demokratik çağırışları qəbul etməyə qadir olmadığını göstərdi. Ona görə də Tarix İnstitutundakı vəzifəmi davam etdirəcək, AMEA-da köklü islahatlar aparılması və müasir intellektual dəyişikliklər dövrünün tələblərinə cavab verməsi naminə mübarizəmi bu sistemin öz daxilində aparacaq, Tarix İnstitutu qarşısında qoyulan hədəflərə nail olmağa çalışacağam”.
Professor bildirib ki, yaranmış vəziyyət sadəcə AMEA-nın prezidenti ilə institut rəhbəri arasındakı münasibət kimi nəzərdən keçirilməməlidir:
“Burada Azərbaycan elminin bu günü və perspektivi də nəzərə alınmalıdır. Nəhayət, elə bir mühit yaradılmalıdır ki, Azərbaycan elmin təşkili, idarə olunması və uğurları ilə ölkənin qürur mənbələrindən birinə çevrilsin”.
Qeyd edək ki, tarixçi alim yanvarın 21-də akademiyadakı vəzifələrindən istefa verəcəyini açıqlamışdı. Professor bu addımı akademiyanın prezidenti Ramiz Mehdiyevin onun və rəhbərlik etdiyi institut haqqında səsləndirdiyi qeyri-adekvat fikirlərə etiraz əlaməti olaraq atdığını bildirmişdi./Modern.az
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.