banner
banner

Gündəm

Keçid balları artırılır:- Abituriyentlər üçün vacib xəbər

Keçid balları artırılır:-

Bu il I ixtisas qrupunda Təhsil Nazirliyinin müəyyən etdiyi şərtlərə uyğun olaraq müsabiqəyə buraxılmaq üçün tələb olunan minimal bal 200 deyil, 250, bir ixtisasda isə 300 olacaq. 
Tələbə qəbulu üzrə dövlət komissiyasının sədri Məleykə Abbaszadə bildirib ki, həmin ixtisasların adları yaxın günlərdə açıqlanacaq. Onun sözlərinə görə, indiyənədək bu tələb dövlət sifarişli ixtisaslar üçün qoyulurdu.
M.Abbaszadə deyib ki, təhsil müddətində müəllimlər qəbul imtahanlarında 200 və 300 bal toplayan tələbələrin akademik göstəriciləri arasında fərqin olduğunu görürlər. Qəbul imtahanında yüksək bal toplayan tələbənin akademik göstəriciləri də yüksək olur: " İndi qoyulan şərtlər keçən ilki səviyyədədir. Dövlət sifarişli bütün ixtisaslarda müsabiqəyə buraxılmaq üçün 300 bal tələb olub. Qəbul intahanlarında əsas müsabiqə vəziyyəti də dövlət sifarişli ixtisaslarda olur".

Cia.az




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.