banner
banner

Sosİal

5 iyun: sumqayıtlıların səbirsizliklə gözlədiyi gün

5 iyun:

Bakıdan Sumqayıta və əks istiqamətdə 40 dəqiqəyə gediş və gəlişi təmin edəcək baş yollarda əsaslı təmir işləri iyunun 5-də başa çatacaq. Cia.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov deyib.

C. Qurbanov bildirib ki, Sumqayıt və Bakı arasında istifadəyə buraxılacaq qatarlarda yeni vaqonlardan istifadə olunacaq: “Bu vaqonlarda kondisioner, İnternet şəbəkəsi də olacaq. İnsanların rahatlığını nəzərə almağa çalışırıq”.

C.Qurbanov deyib ki, hazırda təmir işləri davam etdirilir: “Sumqayıtdan Bakıya və əks istiqamətdə avtomobil yolundan gün ərzində 110 min avtomobil, təxminən 200 min insan istifadə edir. Sumqayıtdan Bakıya ali məktəblərə çoxlu sayda tələbə gəlir. Eyni zamanda Sumqayıtdakı zavodlarda Bakıdan çoxlu sayda insan çalışır”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.