banner
banner

Şou

Fanatları “Aygün bağı“ açdı

Fanatları “Aygün bağı“ açdı

Xalq artisti Aygün Kazımovanın 51-ci doğum günü münasibətilə ağacəkmə aksiyası keçirilib.

Cia.az axşam.az-a istinadla xəbər verir ki, ağacəkmə aksiyası “50+1” adlanır. Abşeron yarımadasının iqliminə uyğun olaraq, Hövsanda zeytun ağacları əkilib.

Fanatların zeytun ağaclarını seçməsində başqa bir səbəb isə zeytunun uzunömürlük, sülh və sevginin simvolu olmasıdır. Onlar əkdikləri ağacları Aygün xanıma olan sevgilərinin nişanəsi kimi qiymətləndiriblər.

Aksiyada A.Kazımova da iştirak edib, ağac əkib. Əraziyə “Aygün bağı” lövhəsi yerləşdirilib.

Aksiya “Aygün Fan Club”un təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “SS prodution” dəstəyi ilə həyata keçirilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.