banner
banner

Gündəm

Ramin Bayramlı yeni vəzifəyə təyin olunub?

Ramin Bayramlı yeni vəzifəyə təyin olunub?
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin keçmiş sədri Ramin Bayramlını yeni vəzifəyə təyinat alıb. 
 
Bu barədə Qaynarinfo-ya daxil olan məlumatda iddia olunur ki, Ramin Bayramlı bundan sonra karyerasına Dövlət İmtahan Mərkəzində (DİM) davam etdirəcək. İddiaya görə, sabiq TƏBİB rəhbəri DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin müşaviri təyin edilib.
 
Qaynarinfo məlumatı dəqiqləşdirmək üçün Ramin Bayramlının atası Baba Bayramlı ilə əlaqə saxlayıb. O, oğlunun təyinatından xəbərsiz olduğunu deyib: "Mənim məlumat yoxdur, sizdən eşidirəm”.
 
DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə də məlumatın həqiqətəuyğun olmadığını bildirib.
 
Qeyd edək ki, 20 noyabr 1979-cu ildə Göyçə mahalının Toxluca kəndində anadan olan Ramin Bayramlı Azərbaycan Tibb Universitetinin tibbi profilaktika fakültəsində təhsil alıb. ATU-da müxtəlif vəzifələrdə çalışan Ramin Bayramlı 2 dekabr 2019-cu ildə TƏBİB-in İdarə Heyətinin sədri təyin olunub. 12 sentyabr 2021-ci ildə isə bu vəzifədən ayrılıb.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.