banner
banner

Şou

TikTok-da pul qazanan məşhurlar – Siyahı

TikTok-da pul qazanan məşhurlar – Siyahı

Bir neçə müddətdir TikTok video paylaşım platformasına Azərbaycan şou-mədəniyyət üzvləri axın edir.

Cia.az Olay-a istinadən xəbər verir ki, onlar sözügedən sosial şəbəkədə hesab açaraq, əvvəlcə min izləyici toplamağa çalışır, daha sonra canlı yayım açır, dostları ilə onlayn körpü quraraq revanşa qoşulur, kupon uğrunda yarışırlar.

Tanınmışlar arasında prodüser Tarix Əliyev, aktrisa Pərvin Abıyeva, komediya aktyorları Sabir Samiroğlu, Elcan Rəsulov, Məcid Hüseynov, Həsrət Həsrətov, Mənsur Şərif, Nicat Şakirli (Niko), aparıcı İlham Mirzəyev, model Səmra Hüseynova və başqalarına rast gəlmək olar.

Bəs TikTok canlı yayımından necə pul qazanmaq olar?

İstənilən abunəçi min izləyiciyə sahib olduqdan sonra canlı yayım aça, izləyicilər tərəfindən virtual hədiyyə qəbul edə bilər. Həmin kuponlar TikTokun balansında qorunur və istifadəçi hədiyyələri pula çevirib öz bank kartına köçürə bilir.

Daha çox hədiyyə qazanmaq üçün tanınmış simalar duel-revanşa qoşulur, söhbət və yaxud müzakirə aparır. Onları dəstəkləyən istifadəçilər tərəfindən təyyarə, gül, alov, papaq, eynək, tac, ürək kimi hədiyyələr qəbul edir. Sözügedən hədiyyələrin hər biri müəyyən sayda kuponlardan ibarətdir. Nə qədər çox kupon, o qədər böyük pul deməkdir.

Kuponlar arasında yüksək məbləğ şir hədiyyəsi hesab olunur ki, revanşlarda məşhurlara tez-tez atılır.

Həmçinin, sandıq hədiyyəsi var ki, hesab sahibinə göndərilən zaman canlı yayımı izləyən şəxslər də kupon əldə edə bilir.

Həmin hədiyyələr isə istifadəçilər tərəfindən müəyyən məbləğdə pula TikTok platformasından əldə edilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.