banner
banner

Gündəm

Ukraynada Heydər Əliyevin banneri qoyulub

Ukraynada Heydər Əliyevin banneri qoyulub

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının təşəbbüsü ilə Kiyev və Truskavest şəhərlərində ulu öndərin böyuk banneri qoyulub.
Alyansın sədri Elmar Məmmədov deyib ki, Azərbaycan və Ukrayna hələ müstəqilliklərini yenicə əldə etdikləri illərdə beynəlxalq aləmdə mühüm tərəfdaşlar kimi tanınıblar: "Yəni Azərbaycanla Ukrayna arasında ənənəvi mehriban, səmimi dostluq münasibətləri mövcuddur. Bu ənənələrin əsasını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qoyub. Ukrayna üçün çox ağır illərdə Heydər Əliyev bu ölkəyə dəstəyini əsirgəməyib, 1990-cı illərdə Ukraynada yanacaq-sürtkü materiallarının olmadığı bir vaxtda Azərbaycan həmin məhsulların əldə olunmasında Ukraynaya kömək edib".
E.Məmmədov deyib ki, ulu öndər Heydər Əliyev Azərbaycanla Ukrayna arasında iqtisadi, ticarət, mədəniyyət, elm, təhsil və humanitar sahələrdə normativ-hüquqi bazanın yaradılması və əlaqələrin tənzimlənməsinə xüsusi diqqət yetirib. Bu məqsədlə təkcə 1994-1997-ci illərdə 30-dək müqavilə, saziş və protokollar imzalanıb.


Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.