banner
banner

Gündəm

İcra Hakimiyyətində “Böyük qayıdış” kitabının təqdimatı keçirilib

İcra Hakimiyyətində

Bakı Şəhər İcra Hakimiyyətində tanınmış tarixçilərin, Millət Vəkillərinin, məmurların, paytaxt RİH-lərinin ictimai siyasi və humanitar məsələlər üzrə müavinlərinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinin, Vətən Müharibəsi qazilərinin iştirakı ilə Bakı Şəhər İcra Hakimiyyəti və AMEA Tarix İnstitutunun birgə layihəsi olan “Böyük qayıdış” kitabının təqdimatı keçirilib. 

Təqdimat mərasimində çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, yeni kitab Qələbədən sonra Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş rayonlara səfərlərindəki çıxışlarının toplusudur. Ölkə başçısının hər bir çıxışı dərin elmi-tarixi əhəmiyyət daşıyır. Bu gün bu dahi  şəxsiyyətin siyasəti nəticəsində azad edilmiş torpaqlarda aktiv bərpa prossesi aparılır və Azərbaycan özünün yeni və şanlı tarixini yazır. 

Tədbirdə RİH-lərinə Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə birgə orta məktəblərdə Qarabağ həqiqətləri, Şanlı Qələbəmiz, Prezident İlham Əliyevin çoxşaxəli siyasi və sərkərdəlik  fəaliyyətinin gənclər arasında təbliğinin gücləndirilməsi ilə bağlı tövsiyələr verildi.

Təqdimat mərasimində çıxış edən AMEA Tarix İnstitutunun direktoru Kərim Şükürov, Milli Məclisin deputatları Aydın Hüseynov və Azər Badamov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva,  qazi Famil Məlikov və digər çıxışçılar çap edilən yeni kitabın əhəmiyyətini qeyd edərək bu nəşrin müharibədən sonrakı dövrdə azad edilən ərazilərdəki bərpa işləri, burada tam yeni  infrasrukturun yaradılması və məcburi köçkünlərin öz döğma yurd-yuvalarına qayıdışı prosseslərinın öyrənilməsində mühüm rol oynayacağını vurğulamış, kitabın bu işlərin gələcək nəsillərə çatdırmalmasında mühüm əhəmiyyət kəsb edəcəyini bildiriblər. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.