banner
banner

Dünya

Baş nazir İranı HƏDƏLƏDİ: “Qollarından yox, başından vuracağıq”

Baş nazir İranı HƏDƏLƏDİ: “Qollarından yox, başından vuracağıq”

“İran osminoqu”nu qollarından yox, başından vuracağıq”.

Cia.az Teleqraf.com-a istinadən xəbər verir ki, İsrail Baş naziri Naftali Bennet Tehrana qarşı tətbiq olunan strategiyaya son qoymağa qərar verdiklərini açıqlayıb.

Bennet deyib ki, başı Tehranda olan “İran osminoqu” şimalda Hizbullah, Qəzzada İslami Cihad, Suriya sərhədində şiə yaraqlıları və İraq, Yəmən və Liviyada digər silahlarla İsraili mühasirəyə alıb.

“Birtərəfli “soyuq müharibə” oldu, onlar vurdular, amma biz cavab vermədik. Biz bu tənliyi dəyişirik. İranı zəiflətmək üçün bütün istiqamətlərdə çalışırıq”, - baş nazir söyləyib.

“İrana müharibə elan ediləcəkmi” sualına Bennett belə cavab verib: “Biz istənilən vəziyyətə hazır olmalıyıq”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.