Britaniya Estoniyaya geniş miqyaslı qoşun və texnika yerləşdirəcəyini bildirib.
Cia.azxarici KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniya Estoniyadakı hərbi kontingentinin sayını iki dəfə artırmaq və Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar müdafiə silahlarının ötürülməsi imkanlarını nəzərdən keçirir.
Bu barədə Britaniya Baş nazirinin mətbuat xidməti bildirib.
"Baş nazir NATO-nun bütün mümkün yardımını nəzərdən keçirir və müttəfiqlərini qorumaq üçün Böyük Britaniya ordusunu gücləndirməyə çalışır. Böyük Britaniya qoşunlarının sayını iki dəfə artırmağı və Estoniyaya müdafiə silahları göndərməyi nəzərdən keçirir. NATO üzrə müttəfiqə reaktiv təyyarələr, döyüş gəmiləri və hərbi mütəxəssislər göndərilə bilər”, - xəbərdə deyilir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.