banner
banner

Sosİal

“Azİmport”un daha bir qurbanı: “Halal mülkümü darmadağın etdilər”

“Azİmport”un daha bir qurbanı:

“Yeganə dolanışıq yerim olan obyektimi xəbərdarlıq etmədən sökdülər, lazımi intansiyalara müraciət etsəm də nəticəsi olmadı. Məni 5 ildir futbol topu kimi bu qapıdan o qapıya atırlar”.

Cia.az xəbər verir ki, bunu virtualaz.org saytına müraciət edən Bakı şəhər sakini Bəhruz Nəcəfov deyib.

Onun sözlərinə görə, Bakı Baş Gömrük İdarəsininin keçmiş binasının yaxınlığında obyekti olub. 2010-cu ildə Bakı Baş Gömrük İdarəsi oradan köçəndən sonra ərazi hasarlanıb. B.Nəcəfova ona məxsus obyektin də söküləcəyini, həmin ərazidə park salınacağını bildiriblər: “Orada müxtəlif şəxslər vardı. Əlaqə telefonlarımı yazıb verdim, zəng vuracaqlarını dedilər, məcbur olub kafeni də bağladım. 2010-cu il, oktyabrın 23-də həmin ərazidən keçərkən gözlərimə inanmadım. Mənə məxsus obyekti içindəki əşyalarla birlikdə heç bir xəbərdarlıq etmədən yerlə-yeksan etmişdilər. Bu beş il ərzində müraciət etmədiyim yer, döymədiyim qapı qalmayıb”.

Şikayətçinin sözlərinə görə, sözügedən ərazidə “Azİmport” şirkəti tərəfindən park salınıb: “Söküntüdən əvvəl “Azİmport” şirkətinin əməkdaşları orada park salınacağını demişdilər. Obyekti darmadağın vəziyyətdə görüncə öncə onlara müraciət etdim. “Azİmport”un baş direktoru Rafiq müəllimin yanına gedib başıma gələnləri danışdım. O da növbəti gün gəlməyi məsləhət gördü. Səhərisi gün bir də getdim. Rafiq müəllim dedi ki, “Azik” (söhbət faktiki sahibi Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədov olan “Azİmport” şirkətinin rəhbəri Azər Əsgərovdan gedir. Azər Əsgərov həm də R.Məmmədovun bacısının əridir-red.) ona deyib ki, bizlik deyil, biz sökməmişik. Parkı onlar salıblar orada, amma deyirlər ki, bizlik deyil”.

Çıxılmaz vəziyyətdə qaldığını deyən B.Nəcəfov məhkəməyə müraciət etməyə hazırlaşdığını bildirdi: “Prezident Administrasiyasında qəbula yazıldım. Orada məni qəbul elədilər, dərdimi onlara da danışdım. Dedilər ki, narahat olma, düzələr.

15 gündən sonra mənə Əmlak Məsələləri Dövlət Komitəsindən yenidənqurma və abadlıq işləri aparan şəxsə müraciət etməyimin vacib olması ilə bağlı cavab gəldi. Orada konkret kimə müraciət edəcəyim bildirilmirdi. Əmlak Komitəsindən 10 cür belə məktub almışam. Məcbur olub 1 saylı İqtisad Məhkəməsinə müraciət etdim. Amma həmin vaxt “Azİmport” şirkətini məhkəməyə verməmişdim. Məhkəmədə Bakı Şəhər İcra Hakimiyyətinin, Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri dindirildilər. Obyekti kimin sökdüyü bilinmədi, heç kim boynuna almadı. Bakıda bir ağac kəsiləndə on nəfər adam yığılır, o boyda obyekti söküblər, deyirlər xəbərimiz yoxdur. Amma indi həmin yerdə restoran açılıb, hazırda da fəaliyyət göstərir. Restoranın “Azİmport”a məxsus olduğu bəllidir”.

Şikayətçinin “bəs “Azİmport” şirkətini də niyə əvvəlcədən məhkəməyə vermirdiniz” sualına cavabı belə oldu: “Çünki Rafiq müəllim demişdi ki, parkı biz salmışıq, amma obyekti biz sökməmişik. İndi yenidən sənədləri hazırlamışam, “Azİmport”u məhkəməyə verəcəyəm.

Baş verənlərdən əsəb gərginliyi yaşayan həyat yoldaşım rəhmətə getdi. Ailəmizin gəlir yeri bircə o obyekt idi. Vaxtlı-vaxtında vergi ödəyirdim. Heç yerdə işləmirəm, təqaüdlə dolanıram. 5 ildir məni futbol kimi bu qapıdan o qapıya, o qapıdan bu qapıya atırlar, çıxılmaz vəziyyətdə qalmışam, zülmdəyəm”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.