“Sələmçi Tağı”: “Heç kimi döyməmişəm. Döysəm də düz eləmişəm...”
“Bakı Metropoliteni” QSC-nin keçmiş rəhbəri, vaxtilə 3 milyon dolları MTN generalı Akif Çovdarov tərəfindən (Eldar Mahmudovun göstərişi ilə) əlindən alınan, daha sonra 2 milyon manatı sələmə verib dələduzlara yem eləyən Tağı Əhmədov YAP-ın Yasamal təşkilatının binasında adam döymədiyini bildirir. Amma eyni zamanda əlavə edir ki, “döyübsə də yaxşı eləyib döyüb”.
Tağı Əhmədov bu yaxınlara qədər həm də YAP-ın Yasamal təşkilatına rəhbərlik edirdi. Və indi onun adı 2 milyon manatlıq dələduzluq işində faktiki zərərçəkmiş kimi çəkilir. Belə ki, Tağı Əhmədov dostu, professor Soltan Əliyevin vasitəsilə 2 milyon manatı ayda 30 min manat sələm almaq şərtilə mərmər biznesi ilə məşğul olan Səadət Xəlilov, Qulu Muxtarova və Sahil Abuşova verib. Amma cəmi bir ay faiz alandan sonra pulların batdığını öyrənib. Və iddialara görə, həmin Səadət Xəlilovu YAP-ın Yasamal təşkilatının binasında döyüb. İndi dələduzluqda təqsirləndirilən həmin şəxslərin məhkəməsi gedir, zərərçəkən qismində isə professor Əliyev tanınıb. Elə Tağı Əhmədovun YAP-ın binasında Xəlilovu döyməsi də ötən məhkəmə prosesində təqsirləndirilənlərin vəkilləri tərəfindən gündəmə gətirilmişdi. Bildirilirdi ki, Tağı Əhmədov özü də istintaqda bununla bağlı dindirilib.
Hazırda onurğa xəstəliyindən əziyyət çəkən, hərəkət qabiliyyətini itirən Tağı Əhmədov isə bu iddia haqda Qaynarinfo-a açıqlamasında belə deyir: “Heç kəsi döyməmişəm. Döysəm də, düz etmişəm. Amma düzünü bilmək istəyirsinizsə, döyməmişəm. Özü də mənim onunla nə işim var? Heç onu tanımıram və bilmirəm də kimdir”.
Bəs necə olub ki, Tağı Əhmədov 2 milyon manatı sələmə verib və bu pullar batıb?
O özü əhvalatı belə nəql edir: “Vaxtilə bir culfalı dostum (indi olmasın) gəldi, dedi ki, iki milyon manat pul lazımdır. Bəs verəcəm və ayda da bu qədər... Mən də 2 milyonu bankdan çıxardım. Bu pulun müqabilində də ayda 30 min manat pul alırdım. Bu da dedi, yox e, hər ay pulunu verəcəyəm. Mən də pulu o vaxt 18 faizlə vermişdim. Bu da mənə o qədər yalvardı ki, Tağı müəllim, iki mini də mənə qalsın və 28 mini sən götür. Yazığım gəldi və faizdən gələn 30 mindən 2 mini ona verməyə razılaşdım. Bu culfalı da AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyevdir. 2 milyonu bankdan götürüb, ona verdim. Bir ay faizi gətirib verdi. İkinci ay gəlib dedi ki, pulu vermirlər…”
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.