Rusiya Təhlükəsizlik Şurasının katibi, ordu generalı Nikolay Patruşev Azərbaycana gəlib. Bu barədə RİA Novosti agentliyinə Rusiya Federasiyası Təhlükəsizlik şurasının mətbuat xidmətindən bildirilib. Təhlükəsizlik şurasından verilən məlumata görə, N. Patruşev Bakıda Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevlə və milli təhlükəsizlik naziri Eldar Mahmudovla danışıqlar aparacaq. Görüşlər zamanı regional və beynəlxalq təhlükəsizlik mövzularına toxunulacaq və bir sıra məsələlər geniş müzakirə olunacaq. Bununla yanaşı, Rusiya Təhlükəsizlik şurasının katibinin Bakıda yaşayan Böyük Vətən Müharibəsinin veteranlarıyla görüşü də planlaşdırılır.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.