RAMİZ MEHDİYEV YAP-DAN ÇIXARILACAQ - Hazırlıq işlərinə start verilib...
"Yaxın günlərdə AMEA prezidenti Ramiz Mehdiyev hakim Yeni Azərbaycan Partiyasının (YAP) sıralarından çıxarılacaq. Artıq bununla bağlı müəyyən hazırlıq işlərinə start verilib".
Bu informasiyanı Cia.az-a hakim partiyaya yaxın mənbələr verib. Məlumatda qeyd olunur ki, R.Mehdiyevin ötən həftə AMEA-nın rəsmi saytında dərc etdiyi geniş məqalə YAP-da ciddi narazılıqla qarşılanıb. Çünki akademik həmin məqalədə hakimiyyətlə dialoqa gedən siyasi partiyaları aşağılayıb, onlara qarşı radikal müxalifətin apardığı kampaniyalarda istifadə etdiyi epitetlərdən yararlanıb. Bundan başqa, Ramiz Mehdiyev Azərbaycanın milli təhsil sistemi haqqında da təhqiramiz fikirlər səsləndirib . Eyni zamanda, onu tənqid edən Milli Məclisin bəzi üzvlərini, elm adamlarını təhqir edib.
Mənbə bildirib ki, AMEA prezidentinin müxalifət ritorikasından istifadə etməsi, millət vəkillərini aşağılaması YAP üzvləri tərəfindən də narazılıqla qarşılanıb, qəbuledilməz hesab olunub. Ona görə də, onun partiya sıralarından xaric edilməsi məsələsi ortaya qoyulacaq. Daha sonra akademiya rəhbərliyindən uzaqlaşdırılması ilə bağlı hakimiyyət qarşısında məsələ qaldırılacaq.
Qeyd edək ki, artıq YAP üzvü olan bəzi deputatlar mediada R.Mehdiyevin hakim partiyadan çıxarılması məsələsini səsləndirməyə başlayıblar.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.