Hüseyn Cavid prospekti ilə Mətbuat prospekti arasında yerləşən yolda təmir işləri artıq sürətləndirilib. Ərazidə köhnə asfalt beton örtüyünün qaşınması işləri aparılır. Əraziyə yeni asfalt beton örtüyü vurulacaq. Köhnə səki daşları da dəyişdirilərəq, yol kənarları abadlaşdırılır. Zəruri olan ərazilərdə səth suyunun normal axması üçün yağış-kanalizasıya sistemi yenidən qurulacaq. Yeni yağış barmaqlıqları yerləşdirilib və kommunikasiya quyularının baxış qapaqları dəyişdiriləcək. “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki, yolun 3200 kvadrat metr hissəsinə əsaslı təmir işləri, 7800 kvadrat metrdə isə orta təmir işləri aparılır. Yolun yaxın bir neçə gün ərzində istifadəyə verilməsi planlaşdırılır.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.