banner
banner

Gündəm

Prezident maşın hədiyyə etdi

Prezident maşın hədiyyə etdi

Ölkə başçısının göstərişi ilə minik avtomobili hədiyyə olunan 100 yaşlı veteran Bilal Əliyev qələbə günündə daha bir yubiley sevincini yaşadı.
Prezidentin imzası olan yubiley medalı 100 yaşlı ağsaqqalın sinəsinə taxıldı.
Bilal Əliyev İsmayıllı rayonunda veteranlar arasında ən yaşlısıdır. Bilal baba 70 il əvvəl 1918-ci ildə erməni daşnaqları tərəfindən atasının qətlə yetirildiyi, keşməkeşli həyat yaşadığını xatırlayır. Ölkə rəhbərliyi tərəfindən göstərilən xüsusi qayğı sayəsində isə artıq o illərin ağrı-acısını unutduğunu söyləyir.

Bilal Əliyevin 7 övladı, 27 nəvəsi, 67 nəticəsi və 21 kötükcəsi var. Bilal baba son beşik övladı və onun ailəsi ilə yaşayır. 100 illərin tarixini özündə yaşadan qəhrəmanımızın övladları ataları ilə fəxr etdiklərini bildirdilər.

Veteranın oğlu Fikrət Əliyev atasına verilən medal və maşınlar üçün çox təşəkkür etdi. Babalarının doğum gününə daha çox sevinənsə onun nəvə, nəticə və kötüçələridir.

Faşizm üzərində qələbənin 70 illik sevincini yaşayan Bilal Əliyevə daha bir qələbə bayramını qeyd etməyi arzulayırıq.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.