banner
banner

Dünya

Hazırlıq gedib, yeni savaş olacaq

Hazırlıq gedib, yeni savaş olacaq

Rusiya meyilli separatçılar uzun müddətlik hərbi hazırlıqdan sonra Ukraynanın şərqində yeni hücuma başlamaq imkanı qazanıblar.
Bu sözləri Brüsseldə jurnalistlərlə görüşdə NATO baş katibi Yens Stoltenberq bildirib.
O qeyd edib ki, bu ilin fevralında Minskdə əldə edilmiş atəşkəs rejiminə baxmayaraq, Ukraynanın şərqində vəziyyət səhv istiqamətə doğru gedir:
“Biz çoxlu itkilərin şahidi oluruq, atəşkəs rejiminin pozulması hallarının, müşahidəçilərə maneələrin yaradılması və Rusiyanın separatçılara dəstəyinin davam etdiyini görürük. Bu səhv istiqamətə doğru gedən narahatedici tendensiyadır”.

Qeyd edək ki, NATO ölkələrinin xarici işlər nazirləri Antalyada həftənin sonunda Ukraynadakı vəziyyəti müzakirə edəcəklər. Görüşdə ABŞ dövlət katibi Con Kerri də iştirak edəcək.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.