Ruslar Çernobılı ələ keçirdi – Avropa səması təhlükədə
Cia.az CNN Türk kanalına istinadla xəbər verir ki, Ukraynadan verilən rəsmi açıqlamada Rusiyanın ələ keçirdiyi Çernobıl regionunda radiasiya səviyyəsinin artdığı bildirilir.
Rusiyanın MN təmsilçiləri isə Rusiya qüvvələrinin Ukraynanın Çernobıl Atom Stansiyasını ələ keçirdiyini, lakin radiasiya səviyyəsinin normal şəkildə qaldığını bəyan edib.
Ukraynanın Daxili İşlər nazirinin müşaviri Anton Qeraşenko isə atışmaların nüvə tullantıları anbarlarına zərər verə və bu halda Avropa səmasını radioaktiv buludun örtə biləcəyi barəsində xəbərdarlıq edib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.