banner
banner

Dünya

Maduro proqnoz verdi: ABŞ-ın təsiri dünyada bitəcək

Maduro proqnoz verdi:

ABŞ-ın təsiri dünyada gec-tez bitəcək.

Bu barədə Venesuelanın prezidenti Nikolas Maduro RT telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ-ın nəzarəti altında olmayan ölkələrin siyasi və iqtisadi yüksəlişi rəsmi Vaşinqtonu narahat edir:  “ABŞ görür ki, təsirini itirməkdədir. Məhz buna görə Rusiya kimi ölkəni hədəfə alıb. ABŞ bir sıra ölkələr üçün problemlər yaradır, onların təbii inkişafına mane olur. Belə ki, rəsmi Vaşinqton Venesuelaya qarşı hücumlarını davam etdirir, Çin kimi nüfuzlu dövlətin inkişafını ləngidir”.

N.Maduro hesab edir ki, ABŞ-ın dünyada rolu mühüm dərəcə dəyişməkdədir: “Əminəm ki, ABŞ gec-tez Böyük Britaniyanın yolu ilə gedəcək. Vaxtilə Böyük Britaniya nəhəng imperiya idi, bir neçə əsr ərzində Asiya, Latın Amerikası və Afrikanın böyük hissəsinə nəzarət edirdi. Lakin sonra britaniyalılar dəyişmiş tarixi vəziyyətlə barışmalı oldular. Əminəm ki, bu kimi halla ABŞ-da rastlaşacaq”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.