banner
banner

Sosİal

Odessada yaralanan azərbaycanlı öldü

Odessada yaralanan azərbaycanlı öldü

Ötən gün Ukraynanın Odessa şəhərində diversiya qrupu tərəfindən silahlı hücum zamanı yaralanan Azərbaycan vətəndaşlarından biri dünyasını dəyişib.

Cia.az-ın əldə etdiyi məlumata görə, güllə yarası alan Salmanov Camal Mirzənəsir oğlu bu gün xəstəxanada vəfat edib.

Qeyd edək ki, dünən Odessa ərazisində diversiya qrupu əslən Kəlbəcərdən olan soydaşlarımızı daşıyan avtomobilləri atəşə tutub. Hadisə nəticəsində 1966-cı il təvəllüdlü Rəhim İsmayılov, 1995-ci il təvəllüdlü Qabil İsmayılov və 1976-cı il təvəllüdlü Nemət İsmayılov həlak olub, 4 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Məlum hadisə zamanı ağır xəsarətlər alan Camal Salmanovun həyatını xilas etmək mümkün olmayıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.