banner
banner

Dünya

Atlantik okeanında avtomobil daşıyan gəmi batıb

Atlantik okeanında avtomobil daşıyan gəmi batıb

Atlantik okeanında, Azor adalarının 400 kilometrliyində yeni avtomobillər daşıyan “Felicity Ace” yük gəmisi batıb.

Cia.az “Reuters”ə istinadən xəbər verir ki, gəmi “Volkswagen”, “Audi”, “Porsche”, “Bentley”, “Lamborghini” markalarına aid 4 minədək avtomobili Almaniyadan ABŞ-a daşıyırdı.

“Volkswagen” konserninin rəhbərliyi 400 milyon dollaradək ziyana uğradıqlarını açıqlayıb.

Bildirilib ki, gəmidə baş verən güclü yanğının söndürülməsi bir həftədən çox vaxt aparıb. Yanğın başlayandan dərhal sonra 22 nəfərdən ibarət heyət gəmini tərk edib. Gəmini qoşqu ilə sahilə tərəf aparmaq istədikdə güclü külək üzündən gəminin içinə su dolub və batıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.