banner
banner

Dünya

Hamilə qadının havada sancısı tutdu və...

Hamilə qadının havada sancısı tutdu və...

Kanadalı bir qadının doqquz ay gözlədiyi körpə təyyarədə dünyaya göz açıb. 
Kanadanın Kalqari şəhərindən Yaponiyanın paytaxtı Tokio istiqamətində uçan “Air Canada” hava yollarına məxsus sərnişin təyyarəsində sürpriz doğum reallaşıb. Bu barədə şirkətin sosial şəbəkədəki səhifəsindən xəbər verilib.
Adı açıqlanmayan 36 həftəlik hamilə sərnişin Sakit okeanı üzərində olarkən sancılanıb. Əvvəlcə uçuş kapitanı təcili eniş etməyi düşünsə də, daha sonra sərnişinlər içərisində olan həkim qadının kömyinə çatıb. 
Havada yaşanan təlaşa və narahatlığa görə təyyarə Tokio hava limanına yarım saat gec enib. 
Ana və övladı təyyarənin hava limanına enməsinin ardınca xəstəxanaya aparılıb. Kloe adı verilən körpənin və anasının vəziyyətinin yaxşı olduğu bildirilir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.