banner
banner

Gündəm

Rövnəq Abdullayevin maşını ilə kobud qayda pozuntusu - Foto

Rövnəq Abdullayevin maşını ilə kobud qayda pozuntusu - Foto

İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevə məxsus avtomobillə yol hərəkəti qaydası pozulub.
Cia.az Avtosfer-ə istinadən xəbər verir ki, 90-AA-999 qeydiyyat nişanlı "Mercedes Maybach" markalı avtomobilin sürücüsü martın 13-də paytaxtın Əhməd Rəcəbli küçəsində dayanma-durma qaydasını kobud şəkildə pozub.
Belə ki, sürücü həm avtobus zolağında, həm də avtobus dayanacağında avtomobili park edərək oradan uzaqlaşıb.
Qeyd edək ki, 90-AA-999 nişanlı avtomobil "Black Sapphire" şirkətinə aiddir. Həmin şirkətin Rövnəq Abdullayevin olduğu bildirilir.
Eyni zamanda, 10-AA-999 və 99-AA-999 qeydiyyat nişanlı avtomobillər də Rövnəq Abdullayevə məxsusdur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.