banner
banner

Gündəm

Sensasion açıqlama! - “Qarabağın bu ərazilərində bayrağımız ucaldılacaq”

Sensasion açıqlama! -

“Bu, yaxın günlərdə bu da baş verəcək”

“Qarabağ ərazisində yaranmış gərginliyə görə Ermənistan silahlı qüvvələri və rus sülhməramlıları  məsuliyyət daşıyırlar”

Martın 7-də Ermənistandan Qarabağa təbii qaz ötürən kəmərdə problem yaranıb. Həmin gündən Xankəndi və ətraf ərazilərə qazın verilişi dayandırılıb.On iki mart gecə saat 21:20-də isə Xankəndinin işıqları sönüb. Şəhərə elektrik enerjisinin nə zaman veriləcəyi isə hələlik bəlli deyil.

Hərbi ekspert Ədalət Verdiyev  hazırda Qarabağda baş verənlərlə bağlı “sherg.az”a danışarkən  bildirib ki, bu erməni silahlılarının indiyə qədər həmin ərazilərdən çıxarılmamasının nəticəsidir:  

 

 

“Son vaxtlar atəşkəsin intensiv şəkildə pozulması Qarabağda rusların nəzarətində yaşayan ermənilərin qaz təminatının dayanması ilə nəticələndi. Böyük ehtimalla bu qaz xəttini Ermənistan tərəfdən atılan mərmi zədələyib. Həftələrlə gəlməyən qaz  elektik təchizatına tələbatı artırdı və nəticədə ermənilərin istifadəsində olan tranfarmator sistemi  də  yüklənməyə tab gətirməyib sıradan çıxdı”.

Ə.Verdiyevin qənaətincə, hazırda erməni silahlılarının Azərbaycan tərəfinə açdığı  atəşə adekvat cavab tədbirlərinin görülməsi ordumuzun ata biləcəyi ən yumşaq addımdır:

 “Əslində atəş açılan mövqelərin tamamilə Azərbaycanın  nəzarətinə keçməsini və həmin ərazilərdə bayrağımızın ucaldılmasını gözləyirdik. Yəqin ki, yaxın günlərdə bu da baş verəcək. İstənilən halda indi Qarabağ ərazisində yaranmış gərginliyə görə Ermənistan silahlı qüvvələri və rus sülhməramlıları  məsuliyyət daşıyırlar”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.