banner
banner

Gündəm

Dünyanı dəyişəcək görüş

Dünyanı dəyişəcək görüş

ABŞ-ın dövlət katibi Con Kerri Soçidə Rusiya prezidenti Vladimir Putin ilə görüşəcək.
Bu barədə ABŞ Dövlət Departamenti xəbər yayıb.
Bildirilir ki, Con Kerri mayın 11-də Soçiyə yola düşüb və xarici işlər naziri Sergey Lavrov və Rusiyanın başqa rəsmi şəxsləri tərəfindən qarşılanıb. Bu gün isə prezident Vladimir Putinlə görüşəcək.
Görüşdə ikitərəfli, həmçinin İran, Suriya və Ukrayna daxil olmaqla regional və beynəlxalq məsələlər müzakirə olunacaq. 
Dövlət Departamentinin məlumatında vurğulanır ki, C.Kerrinin bu səfəri yüksək vəzifəli Rusiya məmurları ilə birbaşa əlaqələrin saxlanılması üçün daimi səylərimizin bir hissəsidir. 
C.Kerri Soçidə çox qalmayacaq, görüş başa çatan kimi NATO-nun Türkiyədə görüşünə qatılacaq və dərhal Vaşinqtona uçacaq, prezident Barak Obamanın ərəb liderləri ilə sammitində iştirak edəcək.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.