banner
banner

Gündəm

Ayaz Mütəllibov harada dəfn olunacaq? - AÇIQLAMA

Ayaz Mütəllibov harada dəfn olunacaq? - AÇIQLAMA

Mərhum eks-prezident Ayaz Mütəllibovun ailəsi dəfn yeri ilə bağlı qərar gözləyir. 

Cia.az xəbər verir ki, bu barədə Modern.az-a Ayaz Mütəlllibovun keçmiş silahdaşı, Azərbaycan Sosial-Demokrat Partiyasının sədri, sabiq deputat Araz Əlizadə məlumat verib. O bildirib ki, eks-prezidentin harada dəfn ediləcəyi hələlik məlum deyil: 

"Vida mərasimi və dəfn bu gün keçiriləcək. Lakin yeri və zamanı hələlik bilinmir. Ailəsi qərar verilməsini gözləyir". 

Qeyd edək ki, Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov dünən gecə 84 yaşında dünyasını dəyişib.

Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, 1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib. 1992-ci il martın 6-da vəzifəsindən istefa verib. O vaxtdan 2012-ci ilə qədər Moskvada yaşayıb. 2012-ci ildə Azərbaycana qayıdıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.