banner
banner

Dünya

İran və "altılıq" arasında yeni raund

İran və "altılıq" arasında yeni raund

Bu gün Avstriyanın paytaxtı Vyanada İranın nüvə proqramına dair danışıqların növbəti raundu başlayır. 
Danışıqlara İran və Avropa Birliyinin xarici işlər idarələri başçılarının müavinləri Abbas Araqçı və Helqa Şmidtin görüşü ilə start veriləcək. Danışıqlar zamanı İranın nüvə proqramına dair razılaşmanın mətni üzərində işlər davam etdiriləcək. 
Mayın 15-də isə danışıqlara ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çindən ibarət "altılıq" ölkələrinin xarici işlər nazirlərinin müavinləri qoşulacaq. 
İranın nüvə proqramına dair son danışıqlar mayın əvvəlində Nyu-Yorkda baş tutmuşdu. Aprelin əvvəlində isə İran və "altılıq" ölkələri arasında nüvə proqramı üzrə razılaşmanın əsas bəndləri müəyyən edilmiş və çərçivə razılaşması əldə olunmuşdu. 

Nüvə razılaşmasının imzalanması üçün qoyulan müddət bu il iyunun 30-da başa çatır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.