banner
banner

Gündəm

Ağdamda 3 şəhidimizin məzarı tapıldı - FOTO

Ağdamda 3 şəhidimizin məzarı tapıldı - FOTO

Ağdam rayonunun Şıxbabalı kəndində üç şəhidimizin məzarı tapılıb.

Qaziler.az xəbər verir ki, bu barədə kənd sakini Rey Kərimoğlu məlumat verib. Qarabağ qazisi bildirib ki, kəndin qəbiristanlığı işğal dövründə dağıdılıb:

“Bu gün Ağdam rayonunun Şıxbabalı kənd qəbiristanlığında dəfn edilmiş üç şəhidimizin yeri müəyyənləşdirilib və üzərində şəkildə göründüyü kimi belə bir işarələr qoyulub. Şəhidlərimiz Müşfiq Rəhimov, Mübariz Əliyev və Habil Əliyevdir. Ruhları şad olsun!

Hər üçü 1992-ci illərdə Ağdam istiqamətində gedən döyüşlərdə şəhid olublar və kənd qəbiristanlığında dəfn olunublar”.

Qarabğ qazisi Rey Kərimoğlu qeyd edib ki, Şıxbabalı kəndinin 11 şəhidi və xeyli sayda qazisi var. Kənd Ağdamın işğalından 7-10 gün əvvəl, 1993-cü ilin iyul ayında işğal edilib. 2022-ci ilin noyabr ayında - 44 günlük müharibə nəticəsində Ağdam rayonu düşməndan azad olunanda, Şıxbabalı kəndi də azad edilib”.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.