“I Avropa Oyunları zamanı nəqliyyat xidmətlərinin göstərilməsi ən yüksək səviyyədə həyata keçiriləcək”. Bunu bu gün Bakıda keçirilən Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika sərgisində iştirka edən nəqliyyat nazirinin müavini Musa Pənahov deyib. O bildirib ki, bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün Bakı şəhərində yol infrastrukturu yenidən qurulub və idman obyektlərinə gedən yollar, dayanacaqlar yenilənib. “Oyunlar zamanı insanlara keyfiyyətli xidmət verilməsi üçün paytaxta yeni avtobuslar gətirilib. Bu avtobuslar idmançılara, qonaqlara və vətəndaşlara xidmət göstərəcək. Bundan sonra da ictimai nəqliyyatın, yol infrastrukturunun yenidən qurulması prosesi davam etdiriləcək”. Onun sözlərinə görə, I Avropa oyunlarında xidmət göstərməsi üçün xüsusi avtobuslar müəyyən edilib. Açılış-bağlanış mərasimlərində 6 avtobus xidmət göstərəcək. Bu avtobuslar əsasən metro stansiyalarına yaxın yerlərdəki dayanacaqlardan vətəndaşların Olimpiya stadionuna daşıyacaq. “Açılışdan sonra isə 12 ekspress avtobus işləyəcək. Bu xidmətdən həm vətəndaşlar, həm də qonaqlar istifadə edəcəklər”.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.