banner
banner

Şou

"Aygün o şouya getməməliydi" - Tolikdən qalmaqallı açıqlama

"Aygün o şouya getməməliydi" -

Prodüser Tolik əməkdar artist Mehriban Xanlarovanın səs toplayaraq xalq artisti Aygün Kazımovanı “Maşın” şoudan uzaqlaşdırmasına münasibət bildirib.
O, bu işdə müğənni Natavan Həbibinin əli olduğunu vurğulayıb:

“Mənə boş-boş yazmayın ki, niyə Aygün Kazımova üçün səs istəməmisən? Nə olsun ki, onun prodüseriyəm. Gərək o yarışmaya getməyəydi. Aygün xanımın nə o maşına, nə də verilişə ehtiyacı yox idi. Dostunun sözünü yerə salmamaq üçün ora qatıldı. İndi bəziləri və onun sevgilisi otaqda oturub gülürlər. Amma başa düşmürlər ki, Aygün sınmaz qaladır. Başqaları sevinsələr də Aygün elə Aygündür. Ən azından o, verilişdə SMS-ə uduzub. Onuda ki, xalq verməyib. İnsanların işi-gücü qurtarıb verilişə səs göndərsin. Hamısı kiminsə sevgilisi, dostu və ya tanışıdır. Natavan Həbibi səhifəsində bayram edib. Ay yazıq, həyatını qaraltmışam. Məhkəmədə məni udsan da, səndən üzr istəsəm də əsas odur yollarını bağlamışam. Yazıq evdə oturmusan, nə toyun var, nə də tədbirin. İndi get yat, görək necə yatırsan. Düzdür səni yenə gündəmə gətirdim, amma nə edim... Aygünü heç olmasa ayda on dəfə xalqın toylarında görmək olur. Ay yazıq, sən otaqda çürümüsən, hansı gününə sevinirsən?”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.