Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Ağsuda şəhid qardaşının polislər tərəfindən döyülməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirilib.
Hurriyyet.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov APA-nın sorğusuna cavab olaraq bildirib ki, Gülxar Quliyev spirtli içki aludəçisidir və mütəmadi olaraq şəhid qardaşı adına yaraşmayan hərəkətlərə yol verir:
"Sonuncu dəfə spirtli içkinin təsiri altında ictimai asayişi pozduğuna görə vətəndaşların müraciətinə əsasən polis şöbəsinə gətirilib. Barəsində toplanan materiallar rayon Məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən onun şəhid ailəsi olması nəzərə alınaraq sərbəst buraxılıb".
Bölmə rəisi qeyd edib ki, G.Quliyevin Polis Şöbəsində döyülməsinə gəldikdə isə bu iddialar tamamilə yalandır və həqiqəti əks etdirmir.
Qeyd edək ki, sosial şəbəkələrdə Ağsuda Vətən Müharibəsində şəhid olan Vüqar Quliyevin qardaşı Gülxan Quliyevin polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı məlumatlar yayılıb.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.