banner
banner

Sosİal

Vahid kartın tətbiqi başlayır

Vahid kartın tətbiqi başlayır

“Şəhər nəqliyyatında vahid kart sisteminin tətbiq edilməsi üçün işlər davam etdirilir. Artıq proqram təminatı, prosessinq mərkəzinin yaradılması kimi texniki tərəflər öz həllini tapıb”.
Cia.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov deyib. O bildirib ki, vətəndaşlara veriləcək kartlar, onların doldurulması kimi məsələlər də həll olunub:
“Bakı Metropolitenində vahid gediş kartı sistemi üzərində aparılan hazırlıq işləri artıq yekunlaşıb. Avtomobil nəqliyyatında isə bu prosesə I Avropa Oyunlarından sonra mərhələli şəkildə başlanılacaq".
Nazir müavini vahid kart sisteminə keçidin hansı formada həyata keçiriləcəyinə də aydınlıq gətirib: "Vətəndaşlarda olan əvvəlki kartlardan istifadə etmək mümkün olacaq. Ancaq sonradan kart sisteminə keçid prosesi tam yekunlaşandıqda bu kartlar dəyişdiriləcək. Təbii ki, bu proses vətəndaşların istəyi ilə mümkün olacaq”, - deyə M.Pənahov qeyd edib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.