Müsavat Partiyası Məclisinin sabiq üzvü, tanınmış vəkil Mirismayıl Hadi partiyadan istefa verib. Cia.az xəbər verir ki, bunu APA-ya açıqlamasında M. Hadi özü bildirib. M. Hadi deyib ki, istefasına səbəb son vaxtlar Müsavat Partiyasında gedən neqativ proseslərdir: “Qurultaydan sonra partiya rəhbərliyini ələ keçirmiş bir qrupun yeritdiyi siyasət, partiyanın yaradılmasında və bu günə qədər fəaliyyətində danılmaz rolu olan insanlara qarşı qərəzli münasibət göstərilməsi, əsassız yerə onların partiyaya qarşı xəyanətdə ittiham edilməsi qəbuledilməzdir. Partiyanın rəhbərliyini əldə keçirən həmin kiçik qrupla bir yerdə olmaq, birgə fəaliyyət göstərmək mümkünsüz görünür. Ona görə də mən götür-qoy etdim və partiya sıralarından çıxmağa qərar verdim”.
Qeyd edək ki, M. Hadi vaxtilə Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər və hazırkı başqan Arif Hacılının vəkili olub. 2000-ci ildə Mərkəzi Seçki Komissiyasında (MSK) Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi, 2003-cü ildə isə MSK-nın üzvü kimi fəaliyyət göstərib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.