banner
banner

Dünya

Kanadadan İrana qarşı yeni sanksiyalar

Kanadadan İrana qarşı yeni sanksiyalar

Kanada İrana qarşı yeni sanksiyalar elan edib.

Bu haqda Kanada Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Qeyd edilib ki, sanksiyalar, xüsusən də hicabın düzgün geyinilməməsi səbəbindən saxlanılan İran vətəndaşı Məhsa Əmininin ölümü ilə bağlıdır.

Bu yeni tədbirlər Kanada Hökumətinin mövcud sanksiya rejiminə əsaslanır və 25 fiziki şəxs və 9 qurumu əhatə edir.

Qeyd edək ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Hüseyn Səlami, eləcə də Əl-Qüds xüsusi təyinatlılarının komandiri İsmayıl Kaani də sanksiya siyahısına daxil edilib. \Qafqazinfo



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.