banner
banner

Dünya

ABŞ hərbi bazasına PUA hücumu - 2 nəfər öldü

ABŞ hərbi bazasına PUA hücumu - 2 nəfər öldü

ABŞ-ın Suriyadakı Əl-Tanf hərbi bazası pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb.

Cia.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Komandanlığı məlumat yayıb.

Komandanlığın press-relizindən məlum olduğu kimi, baza 3 pilotsuz PUA ilə hücuma məruz qalıb, onlardan ikisi vurulub, biri zərbə endirib.

Hücum nəticəsində amerikalı əsgərlərdən heç biri xəsarət almayıb, ABŞ-ın Suriyadakı tərəfdaşları olan "Suriya Azad Ordusu"ndan 2 suriyalı döyüşçü həlak olub.

CENTCOM-un sözçüsü Co Buççino bu cür hücumu “qəbuledilməz” adlandırıb: “Onlar bizim əsgərlərimizi və tərəfdaşlarımızı riskə ataraq, İŞİD-lə mübarizəni təhlükə altına qoyurlar”.

Əl-Tanf bazası Suriyada İraq və İordaniya sərhədləri yaxınlığında yerləşir. ABŞ hərbçiləri bunun İŞİD-ə qarşı antiterror əməliyyatları aparmaq və suriyalı müxalif döyüşçülərə təlim keçmək üçün istifadə edildiyini bildiriblər. (yenisabah)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.