banner
banner

Şou

Rəşad Dağlı ilə bağlı YENİ XƏBƏR

Rəşad Dağlı ilə bağlı YENİ XƏBƏR

Ötən il meyxana aləminin ən məşhur simalarından olan Rəşad Dağlının həbs edilməsi pərəstişkarları və meyxanasevərlər arasında dərin kədərlə qarşılandı. Şəxsi münasibət zəmnində qonşusu İsgəndər adlı şəxsi bıçaqlayaraq qətlə yetirdiyi üçün həbs edilən məşhur meyxanaçının səhhəti və cinayət işinin prosseduru ilə bağlı xəbərlər insanlar arasında yetərincə maraq doğurur.

Cia.az xəbər verir ki, Referans.az saytı Rəşad Dağlının hazırki durumunu öyrənmək üçün meyxanaçının qohumu, jurnalist Könül Ayparadan məlumat alıb. Könül xanım Rəşad Dağlının səhhətinin normal olduğunu bildirib.

“Hazırda Rəşadın səhhəti normaldı. Düzdü, azadlıqdan məhrum edilən hər bir məhkum kimi onun da vəziyyəti az-çox hər kəsə məlumdur. Amma çox şükür, səhhətində ciddi problem və ya xəstəlik yoxdur. İstintaq prossesinin gedişinə gəlincə isə, bu tam qapalı aparılır və bizim də məlumatımız yoxdur. Əlbəttə ki, bütün cinayət törətmiş şəxslər kimi, Rəşad da bunun cəzasını çəkəcək. İlkin olaraq 4 ay həbs qəti imkan tədbiri seçilmişdi, artıq onun 2 ayı geridə qalıb. Konkret nəsə demək üçün 2 ay sonranı gözləməliyik.”

Mövzu ilə bağlı hüquqşünas Cavanşir Seyidov bildirib ki, hazırki vəziyyətdə istintaq prosesinin daha da uzancağını düşünür.

“Bir hüquqşünas kimi deyə bilərəm ki, Rəşad Dağlı cinayətinin istintaq prosesi uzana bilər. Baş verən hadisə ağır cinayət olduğu üçün istintaq prossesi 4 aydan daha uzun müddət davam edə bilər, yəni proses uzana bilər.”

Hüquqşünas həmçinin meyxanaçının may ayında baş tutacaq “qızıl amnistiya”ya  düşmə ehtimalı ilə bağlı isə bunun real olmadığını deyib.

“Rəşad Dağlının amnistiyaya düşməsi üçün ilk öncə istintaq prossesi yekunlaşmalı və məhkəmənin yekun qərarı olmalıdır. Lakin Rəşad bəyin prossesində bu real görünmür, yəqin ki, istintaq müddəti uzanacaq. Onun may ayında baş tutacaq amnistiyaya düşməsini ehtimal etmirəm”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.