7 il əvvəl bağlanan ANS PRESS saytı yenidən açılıb.
Cia.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, əvvəlki domenlə fəaliyyətə başlayan saytda artıq xəbərlər yenilənir. Saytın "haqqımızda" bölməsində anspress.com saytının ötən gündən etibarən fəaliyyətini davam etdirməyə başladığı qeyd olunur.
Portalın baş redaktoru Seyfulla Mustafayev bildirib ki, bir ildən artıqdır portal üzərində işləyirlər, bu günə qədər ancaq daxili istifadəçilər üçün fəaliyyət göstərib: "Xəbər bu portalın bir hissəsidir. Radioya qulaq asa bilərsiniz, televiziya var, bloqlar var və s".
Xatırladaq ki, Vahid Mustafayevin rəhbəri olduğu ANS Şirkətlər Qrupuna daxil olan ANSPRESS saytı ANS TV bağlanandan sonra fəaliyyətini dayandırmışdı.
Xəbər verdiyimiz kimi, aparıcı Zaur Kamalın bir neçə gün əvvəl efirə qayıdacağı barədə məlumat yayılmış, daha sonra isə bunun yanlış olduğu açıqlanmışdı.
Uzun müddətdir ekranlardan uzaq qalan Necati Şaşmazın “Yeraltı” serialının aktyor heyətinə qoşulacağı və layihəyə müsbət yanaşdığı iddia edilirdi. Hətta tərəflərin razılığa gəldiyi də deyilirdi.