banner
banner

Mədənİyyət

Onun da verilişi bağlandı

Onun da verilişi bağlandı

Daha bir aparıcının verilişi yayımdan çıxarılıb.

Musavat.com xəbər verir ki, tanınmış aparıcı Samir Bayramlının ARB-də yayımlanan “Fullshow” verilişi bağlanıb.

Aparıcı özü bu barədə sosial media hesabında məlumat verib və verilişin bağlanmasının səbəblərinə aydınlıq gətirib. Samir Bayramlı bildirib ki, artıq bir aydır ki, şəxsi istəyinə və qarşılıqlı razılaşmaya əsasən ARB TV-də yayımlanan və özəl media ilə birlikdə ərsəyə gətirdiyi “FULLSHOW” verilişini dayandırıb, yollarını ayırıb.

O, paylaşımında belə yazıb:
“1 ilə yaxın bir müddətdə birgə çalışdığım bütün komandaya təşəkkür edir, onlara yeni işlərində uğurlar arzu edirəm. Ümid edirəm ki, növbəti gözəl layihələrdə yenidən görüşəcəyik”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Verilişi Zaur yox, xanəndə aparacaq

Xəbər verdiyimiz kimi, aparıcı Zaur Kamalın bir neçə gün əvvəl efirə qayıdacağı barədə məlumat yayılmış, daha sonra isə bunun yanlış olduğu açıqlanmışdı.

Türkiyəyə aparılan Rasim Balayevdən XƏBƏR VAR

Bir neçə gün öncə “Referans Medical Group”un hava ambulansı ilə Türkiyəyə aparılan Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin müalicəsi İstanbul Memorial Xəstəxanasında davam etdirilir.