banner
banner

Gündəm

Ermənilərdən şok Qarabağ etirafı

Ermənilərdən şok Qarabağ etirafı

21 il bundan əvvəl Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəs protokolu barədə erməni mediası şok etiraf edib.
Ermənistanın "Hayele" qəzeti bu gün dərc etdiyi məqalədə atəşkəs sazişindən Azərbaycanın maksimum yararlandığını yazır.
"Kövrək atəşkəs" başlıqlı məqalədə deyilir ki, 1994-cü ildə hərbi baxımdan Ermənistana uduzan Azərbaycan 21 il sonra çox güclənib:
"Azərbaycanın hərbi büdcəsi dəfələrlə artırılıb. Azərbaycan hərbi potensialına güvənərək Qarabağ münaqişəsini istənilən vaxt xeyrinə həll edə bilər. Rəsmi Bakının dediyi kimi Cənubi Qafqazın ən güclü ordusu Azərbaycana məxsusdur".
Qəzet son vaxtlar cəbhə xəttində baş verənlərin təhlükəli məcraya yönəldiyindən narahatlıq ifadə edərək bildirib ki, Azərbaycan ordusunun güclənməsi fonunda baş verən təxribatlarda indi ermənilər uduzmaqdadırlar.
Erməni nəşri Azərbaycan ordusunun güclənməsində Rusiyanın satdığı silahların önəmli rol oynadığını qeyd edərək Kremlin strateji müttəfiqinə (Ermənistan-red) xəyanət etdiyini bildirir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.